Fontu böyüt:
Google axtarış sistemi və HTC şirkəti yeni tablet təqdim ediblər. Nexus9 tabletinin bazarda Nexus7 və Nexus10-a nisbətən nə qədər dözümlü olacağı hələlik məlum deyil.
Xeberer.az bildirir ki, LCD
ekranlı Nexus9 Apple-ın İpad-na bənzəyir. Dizayn məsələsində böyük fərq olmasa
da, Nexus9 daha incə çərçivəyə, yumşaq arxa hissəyə malikdir. Kənarları isə
metaldan olan Nexus9-un çərçivəsi Nexus 10 ilə müqayisədə daha genişdir. Nexus9
–un 2.3 GHZ-də çalışmaq imkanı var.
Nexus telefonlarında adətən 5
meqapixsellik kamera yerləşdirilir. Bu modeldə isə HTC və Google arxada 8, öndə
isə 1.6 meqapixsellik kamera quraşdırıb.
Hər 3 tablet 2GB RAM daxili
yaddaşa sahibdir. 16GB və ya 32GB yaddaşa qədər artırıla bilər.
Mənbə: sondakika.com