Fontu böyüt:
1 İyun 2010-cu il tarixindən etibarən Aztelekom İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərinin 36% endirilməsini planlaşdırır.Bu barədə Aztelekomun marketinq şöbəsinin müdiri Etibar Bağırov məlumat verib.Onun sözlərinə görə, qiymət endirimi bütün limitsiz genişzolaqlı internet xidməti paktelərinə aid ediləcək.
Bundan əlavə, limitsiz olaraq 1Mb/san sürətlə internetə qoşulma imkanı verən tarif paktelərinin qiymətinin də 29 manatdan 20 manata endiriləcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, 51 şəhərdə istifadəçilərə ADSL xidməti göstərən, Aztelekom İstehsalat Birliyinin 2358 abonenti var.
xeberler.az/Ellada