21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Beynəlxalq ətraf mühit günü ilə əlaqədar KİV nümayəndələri arasında keçirilən Ekoloji mövzuda yazılmış ən yaxşı məqalələr və televerilişlər üzrə 2009-cu il müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edib.
Nazirlik tərəfindən keçirilən müsabiqənin əsas məqsədi məhz ekologiya sahəsini işıqlandıran jurnalistlərin ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanması, təbiətdən davamlı istifadənin təmin olunması, təbliğ edilməsi, əhalinin məlumatlandırılması istiqamətində fəaliyyətlərini dəyərləndirməkdən ibarətdir.
ETSN əhalinin ekoloji maarifləndirilməsi sahəsində jurnalistlərin rolunu, zəhmətini həmişə yüksək qiymətləndirir.
Müsabiqəyə təqdim edilmiş 130-a qədər məqalə və televerilişlər arasında aparılan seçim nəticəsində ən yaxşı televerilişlərə görə üç televiziya kanalının müxbirləri mükafata layiq görülüb. Kütləvi informasiya vasitələrində dərc olunan məqalələrə görə isə üç jurnalist qalib seçilib, beş nəfərə həvəsləndirici mükafat təqdim olunub