Fontu böyüt:
Bu gün Moldovanın paytaxtı Kişinyov şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə BTİ-D Avropa və MDB üçün Regional İnkişaf Forumuna start verilib.
“Yeni nəsil şəbəkələri (NGN) və genişzolaqlı rabitə, imkanlar və vəzifələr” mövzusunda keçirilən forumda Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov və “Aztelekom” İstehsalat Birliyinin baş direktorunun müavini Mehman Həsənov təmsil edirlər.
Tədbir çərçivəsində NGN və genişzolaqlı çıxışla bağlı məsələlər, eləcə də bu texnologiyaların inkişaf edən ölkələrdə rəqəmsal uçurumun azaldılmasında rolu müzakirə olunacaq.
Bundan əlavə forumda Avropa və MDB ölkələri regionlarında rəqəmli xidmətlərin inkişaf məsələlərinə baxılacağı nəzərdə tutulub. Tədbir avqust ayının 26-dək davam edəcək.