İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

AİF Rabitə Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə hazırdır - Osman Gündüz

25.12.2008 [11:32]

Fontu böyüt:      

Azərbaycan İnternet Forumunun prezidenti Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova nazirliyin İnternetin azad rəqabətinə və bazarına mane olması və onun siyasətinin ölkənin geri qalmasına gətirib çıxardığını bildirən sərt məktub göndərib.

Azərbaycan İnternet Forumunun prezidenti Rabitə və İnformasiya naziri Əli Abbasova nazirliyin İnternetin azad rəqabətinə və bazarına mane olması və onun siyasətinin ölkənin geri qalmasına gətirib çıxardığını bildirən sərt məktub göndərib. O.Gündüz Ə.Abbasovun İnternetdə inhisarlaşma aparması ilə yanaşı İnternetin keyfiyyətinin və sürətinin kəskin aşağı düşməsini qeyd edir. “Novosti-Azerbaycan” Osman Gündüzdən məktubun göndərilməsi səbəbini izah etməsini xahiş edib:

Biz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə son yarım ildə Azərbaycan İnternetində yaranan dözülməz vəziyyətlə bağlı məktub göndərdik. Soruşduq ki, niyə Azərbaycanın İnterneti qonşu ölkələrinkindən 30 dəfə baha və həm də keyfiyyətsizdir. Biz Azərbaycan İnternet Forumu olaraq Nazirliyin binası qarşısında etiraz aksiyası keçirməyə hazırıq, bu iddia ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Əgər nazir tədbir görməsə biz etirazın başqa formalarına müraciət edəcəyik. Bu artıq usandırıcı mövzudur, lakin biz nazirə yaranmış vəziyyətin səbəbləri haqda da məlumat vermişik. Ölkəmiz inkişaf edir və vətəndaşların sürətli, keyfiyyətli İntenetə ehtiyacı olur. Niyə Rusiya və Türkiyə vətəndaşları İnterneti bizdən 30 dəfə effektli ala bilirlər, bu o deməkdir ki, həmin ölkələr yaxın zamanlarda informasiya texnologiyaları sahəsində bizi 30 dəfə qabaqlayacaqlar.

Müşahidələrimizə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olan gerilik tendensiyası dözülməz həddə çatıb. Hətta biz – bu sahədə ixtisaslaşmış ictimai təşkilat Rabitə Nazirliyindən informasiya almağa və nazirliyin əməkdaşları ilə görüşməyə çətinlik çəkirik. Və nəhayət nazir müavinləri heç şübhə etmədən və çəkinmədən milli domenlərin qeydiyyatı ilə bağlı qeyri-qanuni bəyanatlar yayırlar. Elmi məruzə ilə çıxış edən nazir müavini milli domenlərin qeydiyyatı, hətta bununla bağlı qeyri-qanuni həyata keçirilmiş iş haqda öz mülahizələrini söyləyirdi.

Bununla yanaşı qanunla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu işlə tək məşğul olmamalıdır. “Telekommunikasiya haqqında Qanun”da deyilir ki, nazirlik bu işi “müvafiq idarələrlə birlikdə” həyata keçirməlidir. Əvvəlki nazirlər bunu gizli edirdilərsə, indiki Nazirliyin demokratik imicli məmurları öz qeyri-qanuni fəaliyyətləri barədə açıq bəyanat verirlər.

Kim onlara “Telekommunikasiya haqqında Qanun”u pozmağa ixtiyar verib?


xeberler.az /Nigar İmanlı
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar