Fontu böyüt:
"Televiziya və Alternativ Media İnkişaf Mərkəzi" Azərbaycanda fəaliyyət göstərən ümumrespublika telekanallarının və tənzimləyici qurum Milli Televiziya və Radio Şurasının (MTRŞ) fəaliyyəti ilə əlaqədar araşdırmalara başlayıb. İlkin olaraq sentyabrın 23-dən başlayaraq telekanallara və MTRŞ-a informasiya sorğuları göndərilib.
Televiziya və Alternativ Media İnkişaf Mərkəzindən xeberler.az-a verilən məlumata əsasən telekanallara təqdim edilən sorğularda hazırda həmin telekanalda nə qədər verilişin yayımlandığı və həmin verilişlərin hansı xarakterdə olması (xəbər, xəbər törəməli, tok-şou, debat və s.) soruşulur. MTRŞ-a verilən sorğularda isə iki istiqamət üzrə suallara cavab istənilir. Birincisi, tanınmış bloggerlərin və ictimai fəaliyyətlə məşğul olan şəxslərin işinin telekanallar tərəfindən işıqlandırılmamasına qurumun mövqeyi öyrənilir. İkincisi, MTRŞ tərəfindən telekanalların monitorinqinin aparılıb-aparılmaması, aparıldığı təqdirdə bu monitorinqin metodologiyası, monitoinq saatları, monitorinq qrupu barədə suallar verilib.
Qeyd edək ki, informasiya sorğuları telekanallara məktub vasitəsilə deyil, əməkdaşımız tərəfindən birbaşa təqdim olunub və sorğuların bir nüsxəsində onu qəbul edən şəxsin adı, soyadı, tarixi və imzası əks olunub.