İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternet medianın vəziyyəti müzakirə olundu

05.04.2013 [19:34]

Fontu böyüt:      

Bu gün Azərbaycan Mətbuat Şurasının İnternet media resursları üzrə Komissiyasının fəaliyyətinə həsr olunmuş «dəyirmi masa» keçirilib. MŞ-dan “Qafqazinfo”ya verilən məlumata görə, Mətbuat Şurasında baş tutmuş tədbirə Şuranın İdarə Heyətinin üzvləri, sözügedən komissiyanın üzvləri ilə yanaşı, ölkənin tanınan, ictimai fikrə təsir göstərən internet xəbər portallarının rəhbərləri də qatılıblar.
Bu gün Azərbaycan Mətbuat Şurasının İnternet media resursları üzrə Komissiyasının fəaliyyətinə həsr olunmuş «dəyirmi masa» keçirilib. MŞ-dan “Qafqazinfo”ya verilən məlumata görə, Mətbuat Şurasında baş tutmuş tədbirə Şuranın İdarə Heyətinin üzvləri, sözügedən komissiyanın üzvləri ilə yanaşı, ölkənin tanınan, ictimai fikrə təsir göstərən internet xəbər portallarının rəhbərləri də qatılıblar.
Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bir müddət öncə formalaşdırılmış komissiyanın yaranması zərurətinə toxunub. Ə.Amaşov bildirib ki, son illər Azərbaycanda internetin geniş inkişaf tapması internet üzərindən yayımlanan media vasitələrinin sayının artmasına da əhəmiyyətli təsir göstərib. 

Komissiyanın yarandığı müddətdən bəri həyata keçirdiyi işlər barədə danışan MŞ sədri bildirib ki, ilkin mərhələdə ölkənin tanınmış 30 media portalında monitorinqin aparılması nəzərdə tutulur. Monitorinq zamanı peşə davranışı qaydalarının pozulması ilə bağlı meyllər qruplaşdırılacaq. «Növbəti mərhələdə biz planlaşdırırıq ki, prosesə cəlb olunmuş internet media resurslarının iştirakı ilə əldə edilən nəticələri müzakirə edək. Problemlərin yaranması səbəblərini araşdıraq». 

MŞ-nin İnternet media resursları üzrə Komissiyasının sədri Elnur Baimov diqqəti öncə qurumun yaradılması ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində gedən reaksiyalara yönəldib. O, müəyyən fikirlərin komissiyanın guya hansısa məhdudiyyət tətbiq edəcəyi üzərində köklənməsini məsələnin gerçək mahiyyətinə uzaq yanaşma kimi dəyərləndirib. 

İnternet media resursları üzrə Komissiyanın üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət çıxışında deyib ki, onlayn informasiya resursları ilə əlaqədar kriteriyaların müəyyənləşdirilməsi zamanın tələbidir. Çünki tədricən ənənəvi media yerini internet mediaya verir və birincinin müsbət keyfiyyətləri ilə yanaşı, mənfi xüsusiyyətləri də ikinciyə təsir göstərir. Bu mənada ictimai tənzimləmə mühüm əhəmiyyət daşımaqdadır. Avropa ölkələrinin bir çoxu artıq bu yolu gedir. 

«Qafqazinfo.az» saytının baş redaktoru Elburus Ərud internet media ilə bağlı məsələlərin hüquqi müstəvidə də tənzimlənməsinin vacibliyinə toxunub. Bildirib ki, bu iş ya «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər aparılmaqla, ya da mövcud istiqamətdə ayrıca qanun hazırlamaqla həyata keçirilməlidir. «Reklam məsələsinə toxunuldu. Düşünürəm ki, anlaşılmazlıqlar çoxdur. Bunların aradan qaldırılması üçün ilk növbədə onlayan medianın statusu müəyyənləşdirilməlidir», - deyə o vurğulayıb.
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar