Fontu böyüt:
Türkiyəli iş adamı və ölkənin ən böyük media quruluşlarının sahibi olan Aydın Doğan 4.8 milyard liralıq (2.5 milyard manat) vergi cəriməsindən sonra bəzi qəzetlərini satmağa qərar verdi. Qeyd edək ki, Aydın Doğan oktyabrın 24-də sahib olduğu səhmləri satmaq və ya özünə yeni ortaqlar götürmək üçün birjaya açıqlama vermişdi. A. Doğan verdiyi son açıqlamada “Milliyet”, “Vatan”, “Posta” və “Radikal” qəzetlərini satmağa qərar verdiyini bildirib. Qəzetləri “Doğan” şirkətlər qrupunun Almaniyadakı ortaqlarından olan “Axel Springer” şirkəti alacaq.
Xatırladaq ki, Aydın Doğan "Radikal", "Milliyet", "Hürriyet", "Posta", "Gözcü", "Fanatik", "Referans", "Turkish Daily News" qəzetləri, "Kanal D", "Star", "CNN Türk", "Fenerbahce TV", "Beşiktaş TV", "Dream", "Dream Türk" telekanalları, radioları və jurnalları ilə Türkiyə mətbuatının təxminən 50 faizinə sahibdir. // ANS Press