İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzi istifadəyə verildi

11.06.2009 [13:32]

Fontu böyüt:      

Dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi ilə yaradılan Məlumat və Resurs Mərkəzinin funksionallığı olqduqca genişdir və ən müasir texnoloji standartlara cavab verir.

İyunun 11-də Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzinin təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və digər rəsmi şəxslər iştirak ediblər.
      
Məlumat üçün qeyd edək ki, Məlumat və Resurs Mərkəzi (DATA Mərkəzi) ölkəmizdə təhsil sektorunun informasiyalaşdırılmasında mühüm yer tutur. Dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi ilə yaradılan Məlumat və Resurs Mərkəzinin funksionallığı olqduqca genişdir və ən müasir texnoloji standartlara cavab verir. Azərbaycan təhsil şəbəkəsində internetə “giriş və çıxış nöqtəsi” olmaqla yanaşı, Mərkəz həmçinin təhsilə aid informasiya resurslarının toplanacağı yer olacaq. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulub, bütün avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür texniki imkan yaradılıb. 
     
Mərkəzin yaradılmasında  “ULTRA” şirkəti və AZEDUNET təşkilatı iştirak edib. Intel, HP, Microsoft, Cisco şirkətlərinin Azərbaycanda rəsmi partnyoru olan “ULTRA” şirkəti tərəfindən Mərkəzdə avadanlıq yerləşdirilib, təhlükəsizlik sistemi və Azərbaycan təhsil şəbəkəsinin verilənlər bazasını yerləşdirmək üçün ən müasir İntel platformalı HP dörd nüvəli serverləri quraşdırılıb. Bu serverlər eyni anda milyonlarla əməliyyatları həyata keçirmək gücünə malikdir. Mərkəzdə Azərbaycanda analoqu olmayan ən yeni fiziki təhlükəsizlik sistemləri quraşdırılmışdır ki, bu da toplanılacaq məlumatlara kənar müdaxilələrin qarşısını alacaq.

AZEDUNET təşkilatı tərəfindən vahid Call-mərkəzi da yaradılmaqdadır. Qaynar telefon xətti vasitəsilə təhsilin informasiyalaşdırılmasına dair bütün suallar üzrə məlumatlandırma və yaranmış problemlərin operativ həlli üçün imkan yaranacaq.

Quraşdırılmış avadanlıq Mərkəzə bir çox funksiyaları yerinə yetirməyə imkan verir. Məsələn, xüsusi mərkəzləşdirilmiş antivirus proqram təminatı məktəblərdəki kompüterlərə avtomatik olaraq yeniləşdiriləcək. Məktəblərdəki bütün kompüterlər birbaşa mərkəzdən idarə olunacaqdır ki, bu da kompüterlərə texniki xidmətin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaqdır. Mərkəzdə quraşdırılmış texnologiya video-konfranslar keçirməyə imkan verəcək. Bu texnologiya Mərkəzin konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş bütün məktəblərinə eyni zamanda mühazirələr və ya açıq dərslər keçirməyə imkan yaradacaq.  

Mərkəzdə həmçinin tədris elektron resursları yerləşdiriləcək. Bu resurslar İKT-nin təhsildə tətbiqini daha effektiv etməklə yanaşı, tədrisin keyfiyyətini də qaldırmağa imkan verəcək.

Mərkəzin serverində Azərbaycan məktəblərinin elektron xəritəsi də yerləşdirilmişdir. İnternet vasitəsilə ictimaiyyət üçün açıq olan bu resursdan məktəblər haqqında bütün zəruri məlumatlar əldə etmək mümkündür.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar