Fontu böyüt:
Samsung Electronics şirkəti 12 meqapikselli mobil telefon təqdim etdi. “Pixon12” adlı model Avropada iyun ayının sonunda satışa çıxarılacaq.
“Pixon12” 2008-ci ildə buraxılmış və 8 meqapikselli kamera ilə təchiz olunmuş 2Pixon M8800” modelinin müasirləşdirilmiş variantıdır. Yeni mobil telefonun displey diaqonalı 3,1 düym təşkil edir.
Burada quraşdırılmış kamera saniyədə 30 kadr sürəti ilə 720×480 piksel təsvir ölçüsündə video yazmaq imkanına malikdir. Həmçinin GPS və FM-radio modulları ilə təchiz olunmuş Pixon12-də HSPA-modulu və WiFi quraşdırılıb.
Xatırladaq ki, Samsung-un rəqibi Sony Ericsson şirkəti 2008-ci ilin sonunda 12 meqapikselli Satio qurğusunu təqdim etmişdir. Lakin bu qurğu cari ilin dördüncü rübündə satışa çıxarılacaq. Bundan əlavə LG şirkəti də 12 meqapikselli mobil telefon təqdim etməyi planlaşdırır.