İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Twitter” yeniləndi

17.09.2010 [07:23]

Fontu böyüt:      

İstifadəçilərin rahatlığı üçün “sonsuz” fırlatma mexanizmi tətbiq olunub İnternetin ən iri mikrobloq servisi olan “Twitter” sosial şəbəkəsinin yenilənmiş versiyası təqdim olunub. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bəzi ənənəvi bölmələr indi bir qədər fərqli yerləşdirilib.

İstifadəçilərin rahatlığı üçün “sonsuz” fırlatma mexanizmi tətbiq olunub

İnternetin ən iri mikrobloq servisi olan “Twitter” sosial şəbəkəsinin yenilənmiş versiyası təqdim olunub.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bəzi ənənəvi bölmələr indi bir qədər fərqli yerləşdirilib.

Bundan əlavə, buraya yeni funksiyalar da əlavə olunub. Yenilənmiş versiyada istifadəçinin ismarıcları lenti üzərində axtarış (Searches), qeydiyyat siyahıları (Lists), retvit (Retweets – digər bloqerin yazılarının istifadə olunması) və xatırlatma (Mentions) düymələri yerləşdirilib. İstifadəçilərin rahatlığı üçün “sonsuz” fırlatma mexanizmi tətbiq olunub.

Sosial şəbəkədə müəyyən bir ismarıca daxil olduqda sağ hissədə bu yazı haqqında ətraflı məlumat təqdim olunan ayrıca kontekst panel açılır.
Yeni versiyada ismarıclara inteqrasiya olunan video-çarx və fotoşəkillərə baxma imkanı da təkmilləşdirilib. Bilavasitə sayt vasitəsilə “YouTube”, “Vimeo”, “Ustream” və “Justin.tv” kimi portallardan videoya baxmaq mümkündür. Yeni “Twitter”də “Flickr”, “TwitPic” servislərindən və digər resurslardan fotoşəkillər də təsvir oluna bilər.

Sosial şəbəkənin tərtibatçılarının sözlərinə görə, yenilənmiş versiya bir neçə həftə ərzində istifadəçilərin ixtiyarına veriləcək. Əvvəlcə köhnə və yeni versiyalar arasında keçid aparmaq mümkün olacaq, sonra isə bütün istifadəçilərin yeni versiyaya keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Twitter” internetin ən populyar mikrobloq servisidir. Saytın aylıq istifadəçi auditoriyası 190 milyon nəfəri keçir.

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar