Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyi ölkə ərazisində televiziya proqramlarının yayım keyfiyyətinin optimallaşdırılması istiqamətində işləri davam etdirir.
Bu günlərdə İctimai Televiziyanın yayım keyfiyyətini artırmaq üçün Astara rayonunun Təngərud kəndində 44-cü televiziya kanalında işləyən 200 Vt gücündə olan “Vigintos” tipli verici quraşdırılıb istismara verilib.