Sabah Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa İttifaqı Şərq Tərəfdaşlığının "Demokratiya, yaxşı idarəçilik və sabitlik" Platformasının "Dövlət idarəçiliyi sahəsində islahatlar" paneli çərçivəsində "E-qəbul sistemləri və digər e-hökumət alətləri" mövzusunda seminar təşkil edəcək.

"ICTnews" elektron xəbər xidmətinə komissiyadan verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd dövlət qulluğuna elektron qəbul sisteminə dair Azərbaycan və beynəlxalq təcrübənin müqayisə və müzakirə edilməsidir.
Seminarda Belorus, Estoniya, Gürcüstan, Moldova, Rumıniya və Ukrayna nümayəndələrinin iştirakı nəzərdə tutulur.