Fontu böyüt:
Hindistanda reallaşdırılan terror hadisesinin günahkarı tapıldı: Yenə Google Earth...Google Earthın detallı görünüşlərinin terroristlərə köməkçi olduğu iddia edilir.
Hindistanda yaxın zamanda meydana gələn terrorist hücum bütün dünyanı kədərə qərq etmişdi.
Səlahiyyətli şəxslər mövzunu araşdırarkən maraqlı bir məlumata çatdılar. Məlumata görə terroristlərin, daha əvvəl heç olmadıqları bir bölgədə bu qədər rahat hərəkət etmələrin səbəbi bölgəni Google Earthdən detallı bir şəkildə analiz etmiş olmalarıdır.
Əslində Hind başçısı Abdul Kalam, bundan üç il əvvəl verdiyi bəyanatda, Google Earth xidmətinin bu mənada çətinliklər doğura biləcəyini iddia etmişdi. Google Earthın hərbi və strateji nöqtələri son dərəcə detallı bir şəkildə göstərə bilməsi terrorist hücumları zamanı istifadə oluna bilir. Hətta Çin də fərqli zamanlarda eyni şikayətləri dilə gətirmişdi...
xeberler.az/Ellada