İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Xarici radiolarının qısa dalğada da yayımı qadağandır

07.01.2009 [20:59]

Fontu böyüt:      

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov yanvarın 7-də «Media forum» saytına açıqlamasında belə deyib.


  «Hazırda «Azadlıq», «Amerikanın səsi», BBC radioları qısa dalğada da yayımlanmır. Onların buna ixtiyarı yoxdur».  

  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov yanvarın 7-də «Media forum» saytına açıqlamasında belə deyib.

  Milli Televiziya və Radio Şurasının 2008-ci il dekabrın 30-da çıxardığı qərara görə, «Azadlıq», «Amerikanın səsi», BBC radiostansiyalarının Azərbaycan ərazisində FM tezliyində yayımı 2009-cu il yanvarın 1-dən dayandırılıb. Milli Teleradio Şurası xarici radiolara verilişlərini qısa dalğada yaymağa icazə verib.


  Ə.Şərifovun sözlərinə görə, indi qısa dalğada yayımlanmaq üçün xarici radioların rəhbərliyi Milli Televiziya və Radio Şurasına müraciət edib lisenziya almalıdır. Daha sonra radiolar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən icazə almalıdır. Hər iki lisenziya hazır olandan sonra isə radiolarla nazirliyin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi arasında müqavilə bağlanmalıdır: «Yalnız bundan sonra onların verilişləri Azərbaycanda qısa dalğada yayımlanacaq».


  Ə.Şərifov qeyd edib ki, Azərbaycandakı bütün teleradio yayımlarını (istər FM tezliyində, istərsə də orta, qısa və başqa tezliklərdə olsun) Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi təşkil edir. Birlik həmin teleradio yayımlarını peyk vasitəsilə alıb FM-də, orta, qısa və ya başqa tezlikdə yayır. Ə.Şərifovun sözlərinə görə, hələ ki, «Azadlıq», «Amerikanın səsi», BBC radiostansiyalarından onlara müraciət daxil olmayıb: «Hər hansı teleradionun yayımı bir dalğadan digərinə keçəndə müqavilələr bağlanmalıdır. Onsuz da Milli Teleradio Şurası xarici radiolara qısa dalğada yayımlanmağa icazə verib. Sadəcə, bu icazəni qanuniləşdirmək lazımdır».


  Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin baş direktoru deyib ki, xarici radioların Azərbaycanda qısa dalğada yayımlanması üçün Dövlət Radiotezliklər İdarəsi həmin radiolara konkret dalğa, qısa tezlikdə konkret ünvan verməlidir: «Çünki müxtəlif cür qısa dalğalar var».


  Ə.Şərifovun sözlərinə görə, xarici radioların qısa dalğada yayımını təmin etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hər cür imkanı var.


  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əməkdaşlarının yanvarın 6-da «Azadlıq» radiosunun Bakı bürosunun ofisinə gedib radionun telekommunikasiya xətlərini, ötürücülərini kəsmək istəməsi haqda yanvarın 7-da «Azadlıq» və «Bizim yol» qəzetlərində dərc edilmiş xəbərlərə gəlincə, Ə.Şərifov bildirib ki, nazirliyin heç bir işçisi Milli Televiziya və Radio Şurasının xarici radiostansiyalar barəsində dekabrın 30-da çıxardığı qərarla bağlı heç bir radionun ofisinə getməyib: «Ölkədə teleradio yayımlarını kəsmək Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin səlahiyyətinə daxildir. Hansısa teleradionun yayımının kəsilməsi isə o deməkdir ki, biz daha həmin teleradionun hazırladığı verilişlərin siqnallarını peykdən qəbul etmirik».


  Ə.Şərifovun sözlərinə görə, yayımın dayandırılması tipli qərarları Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi icra edir, sonra birlik bu barədə müvafiq orqanlara, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə və Milli Teleradio Şurasına məlumat verir. Məlumatı alandan sonra Dövlət Radiotezliklər İdarəsi qərarın nə cür icra olunduğunu yoxlayır: «Onlar yoxlamanı xüsusi aparatla həyata keçirir. Həmin aparatı tezliyə qoşur və yayımın olub-olmamasını aydınlaşdırır».


  Yayımı dayandırmaq və ya yayımın dayandığını yoxlamaq üçün hansısa ofisə getməyə heç bir ehtiyac olmadığını qeyd edən Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin baş direktoru sonda bir daha vurğulayıb ki, yayımı kəsəndə onların idarəsi sadəcə verilişlərin siqnallarının peykdən alınmasını dayandırır, həmin siqnalları tezliklərə yönləndirmir: «Vəssalam. Biz yayımı kəsəndən sonra onu heç kim özbaşına bərpa edə bilməz».

 

xeberler.az/Ellada
 

 


 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar