Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi,fevral ayının 19-da Azərbaycanın aparıcı xəbər saytlarından biri olan day.az saytı fəaliyyətini dayandırmışdı.Məsələ ilə əlaqədar bir neçə versiyalar mövcud idi.Versiyalar arasında ən çox səslənən saytın müxtəlif siyasi qüvvələrin təzyiqi, xaker hücumu, texniki səbəblər üzündən bağlanması xəbərləri idi.
Dünən layihənin keçmiş rəhbəri, millət vəkili Anar Məmmədxanov saytın satılması haqda yayılan xəbərləri təsdiq etdi. Məlumata görə saytın yeni baş redaktoru kimi "Trend" İnformasiya Agentliyinin direktoru İlqar Hüseynovun adı açıqlandı.Lakin "Turan" agentliyinin məlumatına görə, Trend agentliyinin direktoru İlqar Hüseynov bildirib ki, o, Day.Az-ı almayıb, sadəcə sayta texniki dəstəyi həyata keçirəcək.
Bu gündən etibarən isə saytın fəaliyyəti bərpa olunub.Lakin saytda forumun bağlanması və işçi personalda müəyyən dəyişikliklərin edilməsi day.az ətrafında növbəti müəmmaların yaranmasına zəmin yaradır.
xeberler.az/Ellada