İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan ITU Telecom World 2009-da təmsil olunacaq

02.10.2009 [18:25]

Fontu böyüt:      


Daha öncə də məlumat verdiyimiz kimi Azərbaycan cari ilin oktyabr ayının 5-dən 9-dək Cenevrədə (İsveçrə) keçiriləcək ITU Telecom World 2009 Ümumdünya Tədbirində iştirak edəcək. Beş ildə bir dəfə təşkil olunan bu tədbir qlobal informasiya-kommunikasiya texnologiyaları sektoru üçün ən iri yığıncaqdır. Bu günlərdə Cenevrədə dünyanın 150-dən çox ölkəsinin nümayəndələri toplaşacaq.

Azərbaycanı tədbirdə bir sıra nazirlik və özəl biznes sektorunun nümayəndələrindən ibarət geniş tərkibli heyət təmsil edəcək. Tədbir çərçivəsində həmçinin ölkələrin İKT sektor üzrə əldə etdikləri uğur və nailiyyətləri, telekommunikasiya sahəsinin yenilikləri, həm qlobal həm də regional miqyaslı yeni layihələrin təqdim olunacağı sərgi keçiriləcək. Sərgidə Azərbaycanın milli pavilyonu da təşkil olunub. Ümumilikdə pavilyonda informasiya texnologiyalarının inkişafı istiqamətində son illərdə ölkənin əldə etdiyi nailiyyətlər əks olunmalıdır.

Stendlərdə ölkədə İT sahəsində həyata keçirilən layihələrlə tanış olmaq mümkün olacaq. Həmçinin qonaqlara müxtəlif sahələrdə tətbiq olunan yeni texnologiyalar haqqında bəhs edən təqdimatların göstəriləcəyi nəzərdə tutulub. Belə ki, Azərbaycanın milli pavilyonunda Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Vergilər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Sənaye və Energetika Nazirliyinin, Əmək və Sosial Müdafiə Nazirliyinin, eləcədə Sosial Müdafiə Fondunun müxtəlif stendləri və təqdimat roliklərinə rast gəlmək mümkün olacaq. Bundan əlavə özəl sektorda geniş təqdim olunub: həm yerli həm də Azərbaycanda fəaliyyət göstərən xarici İT-şirkətlər öz layihə və həllərini tədbir iştirakçılarına nümayiş etdirmək niyyətindədir.

Yüksək texnologiyalar sahəsində ən nüfuzlu sərgilərin birində iştirak və Azərbaycanın milli pavilyonunun açılması həm ölkəyə xarici investisiyaların cəlb olunması həm də sahə üzrə respublikada müşahidə olunan tendensiyaların və nailiyyətlərin dünya ictimaiyyətinə çatdırmaq imkanı baxımdan böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, ITU Telecom World 2009 çərçivəsində həmçinin informasiya-kommunikasiya texnologiyaları sahəsinin strateji inkişafını müəyyənləşdirən şəxslərin, o cümlədən hökumət və tənzimləyici orqanların nümayəndələrinin, iri İT-şirkət və korporasiya rəhbərlərinin, eləcə də məsləhətçilərin iştirakı ilə forum keçiriləcək.Tədbirdə iştirakı çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən yüksək texnologiyalar sahəsi üzrə əməkdaşlığın inkişafı istiqamətində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar