İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Universitetlərin jurnalistika fakültələrinə Onlayn Laboratoriya təqdim olunacaq

21.02.2012 [11:14]

Fontu böyüt:      

Multimedia Mərkəzi bildirir ki, 22 fevral tarixdə “Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” Layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tədbir keçiriləcək. Tədbirdə ölkədə jurnalistika təhsili verən ali təhsil müəssisələrinin jurnalistika fakültələrinin nümayəndələri və yeni media mütəxəssisləri
Multimedia Mərkəzi bildirir ki, 22 fevral tarixdə “Yeni medianın  tədrisinin təkmilləşdirilməsi ” Layihəsi çərçivəsində   Bakı Dövlət  Universitetinin Jurnalistika fakültəsində tədbir keçiriləcək.
Tədbirdə ölkədə jurnalistika təhsili verən ali təhsil müəssisələrinin jurnalistika fakültələrinin nümayəndələri və yeni media mütəxəssisləri iştirak edəcəklər.

Toplantıda hər bir  Universitetin jurnalistika fakültələri üçün nəzərdə tutulan Onlayn Laboratoriyanın (Xəbər portalının) təqdimatı keçiriləcək və bu onlayn resursun modulu  hər bir  Universitetə təqdim ediləcək. Resursu idarə edəcək müəllimlər və tələbələr  üçün Təlim keçiriləcək.  Geniş imkanlara malik bu xəbər portalının vahid modulunun hazırlanmasında məqsəd Jurnalistika  ixtisası alan tələbələrin təcrübə keçmələrinə və praktiki biliklərinin artırılmasına kömək göstərməkdir.

Tədbirdə həmçinin Universitetlərdə yeni medianın tədrisinin təkmilləşdirilməsi məqsədilə Multimedia Mərkəzinin hazırlamaqda olduğu  yeni tədris modullarının (proqramlarının) layihələri  və bu istiqamətdə aparılan işlər haqqında məlumat təqdim olunacaq. Yeni medianın tədris modelinin  yekun variantının aprel ayında keçirilməsi nəzərdə tutulan Konfransda geniş müzakirəsi təşkil olunacaq.

Adı çəkilən Layihənin əsas məqsədi Jurnalistika təhsili verən ali təhsil müəssisələrində İnternet  medianın  tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltməkdən ibarətdir.  Həmçinin  Layihənin qarşısında duran əsas vəzifə ali təhsil müəssisələrinin Jurnalistika fakültələri üçün Yeni media texnologiyaları ilə bağlı seçmə fənlər blokundan, onların məzmunundan (tədris proqramları, sillabuslar, tədris-tematik planlar və s ) və digər zəruri tədris materiallarının nümunələrindən ibarət  yeni tədris modeli hazırlamaqdır.

 Layihə çərçivəsində BDU-da  tələbələrin İnternet TV  və İnternet Radio sahəsində praktiki vərdişlər əldəetməsinə köməklik üçün  İnternet TV Studiya yaradılması da nəzərdə tutulub. Hazırda Studiyanın hazırlanması, avadanlıqların alınması və digər texniki işlər görülür. Studiyada işləmək üçün müəllimlər və tələbələr üçün təlimlər təşkil ediləcək.

Layihə çərçivəsində  Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resurslarından ibarət  internet resurs yaradılması da nəzərdə tutulub.

Multimedia Mərkəzi bildirir ki, beynəlxalq standartlara uyğun olaraq hazırlanacaq tədris modeli Jurnalistika ixtisası üzrə təhsil müəssisələrini başa vuranların yeni media texnologiyaları sahəsində sərbəst fəaliyyətə başlaya bilməsi, yeni və daha yaxşı iş yerləri əldə edə bilməsi üçün şərait yaradacaq. Layihənin həyata keçirilməsi ilə ölkədə  yeni media mütəxəssislərindən ibarət peşəkarlar təbəqəsinin formalaşması  prosesi sürətlənəcək.

Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar