Fontu böyüt:
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib
2009-cu ilin birinci rübünün sonuna kimi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ələt qəsəbəsinin, Salyan, Biləsuvar, Masallı, Lənkəran, Astara, Qəbələ, Ucar, Zərdab, Samux, Tovuz, Ağstafa və Qazax rayonlarının 10 Qiqabaytlıq trafik sürəti ilə IP MPLS "AzDataCom" magistral şəbəkəsinə qoşulması üzrə işləri başa çatdıracaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, adıçəkilən rayonların və yaşayış məntəqəsinin müvafiq avadanlıqla təchiz olunması nəzərdə tutulub. Azərbaycanın bütün yaşayış məntəqələrinin IP MPLS "AzDataCom" şəbəkəsi ilə təmin olunmasına dair 2006-cı ildən başlayan işlər artıq Bakı və ölkənin Sumqayıt, Gəncə, Yevlax, Ağdaş, Şamaxı, Göyçay və Goranboy kimi iri şəhərlərində başa çatdırılıb. /ANS PRESS/