İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“EPEG” kabel şəbəkəsinin kommersiya istismarı təxirə salınıb

12.03.2013 [18:38]

Fontu böyüt:      

Frankfurtdan Bark şəhərinədək uzanacaq "EPEG" kabel şəbəkəsinin kommersiya istismarı yenidən təxirə salınıb. "İran Telecommunications Infrastructure Company"nin (TIC) cavabdeh olduğu hissənin hazırsızlığı buna səbəb olub. Bu barədə ötən gün "ComNews" portalına "Rostelekom"dakı mənbədən bildirilib.
Frankfurtdan Bark şəhərinədək uzanacaq "EPEG" kabel şəbəkəsinin kommersiya istismarı yenidən təxirə salınıb. "İran Telecommunications Infrastructure Company"nin (TIC) cavabdeh olduğu hissənin hazırsızlığı buna səbəb olub. Bu barədə ötən gün "ComNews" portalına "Rostelekom"dakı mənbədən bildirilib.
Bildirilib ki, bütün çətinliklər aradan qaldırılan kimi sistem istifadəyə veriləcək. Rusiya şirkətinin rəsmi nümayəndəsi təsdiqləyib ki, "EPEG" kabel şəbəkəsi üzərində aparılan sınaqlar davam etdirilir.
"ICTnews.az" elektron xəbər xidməti "comnews.ru" saytına istinadən bildirir ki, "EPEG" Avropa və Yaxın Şərq regionunu Rusiya, İran və Fars körfəzi vasitəsilə Frankfurtdan Bark şəhərinədək (Oman) birləşdirən kabel sistemidir.
Rusiyanın "Rostelekom", Britaniyanın "Cable & Wireless", İranın "Telecommunications Infrastructure Company" və Omanın "Omantel" operatorlarını birləşdirən beynəlxalq konsorsium bu kabel şəbəkəsinin tikintisini həyata keçirir. Konsorsiumun yaradılması haqqında saziş 2011-ci ilin mayında imzalanıb. Avropanı Ukrayna ilə birləşdirən magistralın tikintisinə Britaniyanın "Cable & Wireless" operatoru nəzarət edir. Rusiya-Ukrayna sərhədindən Azərbaycana qədər və Azərbaycandan İrana qədər uzanacaq xətti Rusiyanın "Rostelekom" operatoru tikir, İrandan Fars körfəzinə qədər uzanacaq optik kabeldən isə "TIC" cavabdehdir. "Omantel" operatoru isə xətti Omana qədər çatdıracaq.
Yeni kabel sisteminin planlaşdırılan tutumu 0,5 Tbit/s təşkil edəcək. "EPEG" kabel şəbəkəsinin uzunluğu 6 min kilometr olacaq və "ComNews Research" şirkətinin qiymətləndirməsinə görə, onun yaradılma dəyəri 200 milyon dolları ötəcək.
Layihənin işə salınması ilk əvvəl 2012-ci ilin mayına planlaşdırılmışdı. 2012-ci il avqustun 7-də, 2012-2015-ci illər müddətində birgə əməkdaşlığın genişləndirilməsi haqqında sazişin imzalanması zamanı operatorların nümayəndələri bildirmişdilər ki, kabel şəbəkəsinin kommersiya istismarı ilin sonunadək təxirə salınır.
2013-cü il fevralın sonunda "Rostelekom"un mətbuat xidmətinin nümayəndəsi "ComNews"a bildirmişdi ki, yanvardan sistem üzərində sınaqlara başlanılıb və sınaq nəticələrinin nəzarət yoxlaması martın ilk həftəsinə nəzərdə tutulub. "Əgər hər şey planlaşdırıldığı kimi olsa, "EPEG" kommersiya istismarına veriləcək" – deyə o bildirmişdi. Onun sözlərinə görə, sınaqlar zamanı avadanlıq hissəsində aşkar edilmiş çatışmazlıqlar hazırda aradan qaldırılır".  "ictnews.az", Emil Hüseynov 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar