Toronto Universitetində çalışan kanadalı alimlər Viqo Universitetində işləyən ispan kolleqaları ilə birlikdə yeni təkmilləşdirilmiş şifrləmə alqoritmini sınaqdan keçiriblər.
Yeni alqoritmin texnologiyası ona əsaslanır ki, şifrlənmiş məlumatlar üçün açar xüsusi işıq siqnalı şəklində ötürülür, qəbul edən tərəf isə informasiyanın deşifrə edilməsi üçün foton detektorlarından istifadə edir.

RİTN-nin informasiya resurslarından əldə edilən məlumata əsasən kvant şifrləməsi yeni deyil və onun əvvəlki bütün alqoritmləri hakerlər tərəfindən “sındırılıb”. Mütəxəssislər rəsmi bəyanatda bildirirlər ki, bu alqoritm dünyada heç bir haker tərəfindən “sındırıla” bilməz.
Yeni alqoritmin yaradıcıları xüsusi detektorlardan istifadə etməklə “tam təhlükəsizliyə” nail ola biliblər.
Qeyd edək ki, xüsusi detektorlar məlumatların xüsusi "nəzarət toplamını" əvvəlcə ötürən, sonra isə qəbul edilən tərəfdə müqayisə edir. Şifrəni “sındırmaq” və ya məlumatları ələ keçirmək üçün edilmiş istənilən cəhd ona dəyişikliklər edir.
Xeberler.az