Fontu böyüt:
Sürətli internet abunəçiləri eyni məbləğ ödəməklə daha yüksək keyfiyyətə malik xidmət alır.
Internetə qoşulmanın qiyməti sürətlə düşür, sürət isə artır.
Ən çox qiymət düşümü DSL-də nəzərə çarpır: 2008-ci ilin üç rübü ərzində bu texnologiya üzrə orta qiymət 20% enib. Telefon xətti üzrə İnternet istifadəçiləri birinci rübdə 66,75$, üçüncü rüb üzrə 53,32$ olub. Kabel çıxışı həmin dövrdə 12%, fiber optik kabel isə 6,5% aşağı düşüb.
Qiymət enməsi rabitə bazarında rəqabətlə, həmçinin dünyadakı iqtisadi vəziyyətlə əlaqədardır.
Aydındır ki, dünyanın müxtəlif hissələrində abunəçilər İnternetə müxtəlif məbləğdə pul ödəyirlər. Yaxın Şərq və Afrikada istifadəçilər DSL-in meqabit xəttinə görə ayda 46 dollar, Qərbi Avropada isə həmin kanala təxminən 6,32 dollar ödəyirlər. Şimali Amerika və Asiya-Sakit okean regionu ölkələri DSL-ə 16,10$ və 3,80$ ödəyirlər.
Ən ucuz genişzolaqlı İnternet fiber optik kabelli (ölkələrarası) internetdir. Analitiklər hesab edir ki, genişzolaqlı İnternetin gələcəyi məhz bu kabel üzərindədir.