Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsinin “Azərekspresspoçt” Rabitə Müəssisəsi Novruz bayramı ərəfəsində “Novruz” endirim kampaniyasının başlanması barədə elan edib.
Cari ilin mart ayının 11-dən 20-dək “Azərekspresspoçt” bağlamaların göndərilməsi tariflərində 20 faiz güzəşt tətbiq edir.
Qeyd edək ki, “Azərekspresspoçt” Rabitə Müəssisəsi bir neçə ildir ki, xidmət səviyyəsinə görə Ümumdünya Poçt İttifaqının qızıl sertifikatına layiq görülür.