Fontu böyüt:
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ericsson şirkətinin icraçı Hans Vestberqi qəbul edib. Görüşdə Ericsson şirkətinin uzun illər Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olunub və ölkənin informasiya texnologiyaları sahəsindəki inkişafına görə keçmiş sovet ölkələri arasında ön sıralarda olduğu bildirilib.
Vurğulanıb ki, bu cür yüksək göstəricilərə dünya miqyasında da nail olmaq üçün Azərbaycanın böyük potensialı var. Söhbət zamanı Azərbaycanla Ericsson şirkəti arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki,Ericcson nümayəndəsinin Azərbaycana səfərinin əsas məqsədi ölkənin sürətli templərlə inkişaf edən İT-bazarı ilə tanışlıq, mümkün birgə layihələrin müzakirə olunması və yerli şirkətlərlə əməkdaşlığın qurulmasıdır.
Hans Vestberq Ericcson şirkətində 1991-ci ildən işləyir, maliyyə direktoru vəzifəsinə isə 2007-ci ildə yüksəlib.