Fontu böyüt:
Dünyada ikinci ən məşhur sosial şəbəkə olan "Twitter"də təxminən 2 saat öncə problem yaranıb.
Belə ki, şəbəkə istifadəçiləri izlədikləri istifadəçilərin mesajlarını ("tweet"lərini) görə bilməyib. Yalnız özlərinin yazdıqları məlumatlar səhifədə görünüb. Bu hal təxminən 2 saat davam edib. Az öncə problem aradan qalxıb. İstifadəçilərin verdiyi məlumata görə, nasazlıq təkcə Azərbaycanda deyil, Türkiyə və başqa bir sıra ölkələrdə də yaşanıb.
Yaranmış problem barədə hələ ki, heç bir rəsmi açıqlama verilməyib