Fontu böyüt:
ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) apardığı təhqiqatlar zamanı saxta Facebook hesabından istifadə etməsi aşkarlanıb. Facebook sosial şəbəkəsinin xidmət rəisi Co Sallivan məsələ ilə bağlı “DEA”-ya məktub ünvanlayıb. Məktubda hüquq-mühafizə orqanlarının digər istifadəçilər kimi müəyyən olunmuş qaydalara riayət etməsi, yalan informasiyaları yaymaqdan çəkinməsi təklifləri yer alıb.
Xəbərlər.az saytının mincom.gov.az-a istinadən verdiyi məlumata görə, Co Sallivanın “DEA”-ya məktubu Nyu-York sakini olan qadının şikayəti əsasında göndərib. Qadın şikayətində bildirib ki, idarə agentləri onun adından saxta hesab açıb, icazəsiz onun fotoşəkillərindən yararlanıblar.
Qadının dediyinə görə, 2010-cu ildə onu saxlayan polis fotoşəkilləri mobil telefonun yaddaşından götürüb. Zərərçəkmiş mənəvi ziyana görə 250 min dollar tələb edib.
Məsələ ilə bağlı ABŞ Ədliyyə Nazirliyində araşdırma aparılır.