Aktiv-ol internet provayderi (FTTB texnologiyaları platformasında genişzolaqlı İnternet xidmət göstərir) on-line ödəniş sisteminə qoşulub. Bu barədə AzeriCard Prosessinq Mərkəzi məlumat verib.
Aktiv-ol internet provayderi (FTTB texnologiyaları platformasında genişzolaqlı İnternet xidmət göstərir) on-line ödəniş sisteminə qoşulub. Bu barədə AzeriCard Prosessinq Mərkəzi məlumat verib.
Bundan sonra Aktiv-ol abunəçiləri xidmət haqlarını VISA, VISA Electron, MasterCard və Maestro kartları və aktiv-ol.az korporativ resurs, həmçinin azericard.com, ode.az və s. vasitələri ilə ödəyə biləcəklər.
Hazırda on-line vasitəsi ilə internet xidmətlərini AlfaNet, Avirtel, Azdatacom, BakinterNet, Hotnet, AileNet, Eurocell, Azeronline, Azstarnet, AileNet, Connect, Sazz, Smart kimi internet-provayderləri ödəyə bilirlər.
AzeriCard plastik kartlarının təhlükəsizliyinə 3DSecure-un təhlükəsiz texnologiyalar sistemi tərəfindən zəmanət verilir.