21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Təhsil Nazirliyinin təşəbbüsü ilə
Azərbaycan bu il Bebras beynəlxalq müsabiqəsinə qatılıb. Müsabiqə dekabr ayının
ilk ongünlüyündə keçirilib.
Bebras müsabiqəsi (Litva dilində Bebras qunduz mənasını verir, ingiliscə beaver, rusca bober) informatika sahəsində beynəlxalq müsabiqədir. Müsabiqədə şagirdlərin alqoritmik təfəkkürləri yoxlanılır. Müsabiqədə iştirak etmək üçün ilkin biliklər tələb olunmur. Kompüter və interneti olan şagird müsabiqədə iştirak edə bilər.Hazırda dünyanın 30-dan çox ölkəsi, Rusiya, Kanada, ABŞ, Serbiya, Slovakiya, Avstraliya, İran, Meksika və s. Bebras beynəlxalq müsabiqəsinə qoşulub. Azərbaycan 2012-ci ildən həmin müsabiqədə iştirak edir. Müsabiqədə 4min 184 nəfər iştirak edib, iştirakçılar müxtəlif bölgələrdən və məktəblərdən olub. 3 min 902 şagird Bakı məktəblərindən, digərləri isə bölgələrdən müsabiqəyə qatılıb.
Bebrasın Azərbaycan üzrə nümayəndəsi Adil Əliyev Xeberler.az-a bildirib ki, müsabiqənin əsas məqsədi istedadları, potensial proqramçıları, olimpiadaçıları, gələcəyin Lomonosovlarını üzə çıxarmaqdır:
“Builki müsabiqə Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunub. Eyni zamanda, müsabiqənin təşkil olunmasına müəllimlər də kömək edir. Həmçinin entuziast dostlarımız köməklik edir ( Cavid Mahmudzadə, Toğrul Cəfərli, Şərif Hüseynli, Elnur Məmmədov) Müsabiqəni hazırda öz entuziazımızla edirik. Heç yerdən heç bir maliyyə dəstəyi almırıq”, deyə o bildirib.
Adil Əliyev qeyd edib ki, gələcəkdə müsabiqəyə qatılan şagirdlərin beynəlxalq proqramlaşdırma olimpiadalarına hazırlıq işləri nəzərdə tutulub.
Mirvari Nəcəf