Fontu böyüt:
Azərbaycan Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə Şura yaradılıb. Təhsil ocaqlarında zərərli informasiyaya çıxışı məhdudlaşdırmaq məqsədini daşıyan Şuranın tərkibinə valideyn, müəllim, mədəniyyətşünas, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları və Kibernetika İnstitutu, eləcədə “Mədəd” humanitar təşkilatı, ULTRA şirkəti, Azedunet təşkilatı,Azərbaycan İnternet Forumu və Microsoft Azərbaycan şirkətlərinin nümayəndələri daxildir.
Şuranın fəaliyyəti Təhsil Nazirliyinin nəzdində Təhsilin İnformasiyalaşdırılması İdarəsi tərəfindən əlaqələndirəcək.Xoşagəlməz informasiyanın filtrasiyasından əlavə Şuranın fəaliyyət istiqamətləri tədris ocaqlarında təhsil alan məktəblilərin və tələbələrin zərərli informasiyaya çıxışını məhdudlaşdırmaq üzrə tövsiyələr və praktik təkliflər hazırlamaqdır. Öz işində yeni yaradılmış Şura Böyük Britaniya, ABŞ, Rusiya və Estoniya kimi ölkələrin təcrübəsindən geniş istifadə edəcək