Azerkosmos Açıq Səhmdar Cəmiyyətində OnAir (İsveçrə) şirkətinin nümayəndələri ilə görüş olub.
"Azerkosmos" Açıq Səhmdar Cəmiyyətində OnAir (İsveçrə) şirkətinin nümayəndələri ilə görüş olub.
Qeyd edək ki, bu, dünyada hava nəqliyyatında mobil rabitə xidmətlərini təmin edən yeganə şirkətdir. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat verir. Görüş zamanı əməkdaşlıqla bağlı danışıqlar aparılıb.
İsveçrə şirkətinin nümayəndələri bu ilin sonu işə salınacaq AzеrSpace telekommunikasiya peykinin işinin gedişatı ilə tanış ediliblər.
Onu da deyək ki, Azerfon (brend Nar Mobile) mobil rabitə operatoru şirkəti və OnAir RİTN-nin dəstəyi ilə AZAL şirkətinə məxsus təyyarələrdə mobil rabitənin təmin edilməsi layihəsini reallaşdırır.
Azerfon və OnAir-in arasında bağlanmış 10 illik müqaviləyə əsasən təyyarələrdə mobil rabitə holland peyki vasitəsilə həyata keçiriləcək.
Daha əvvəl də “Azerkosmos”un nümayəndəsi Rəşad Nəbiyev bildirmişdi ki, gələcəkdə OnAir Azərbaycanın noyabr-dekabr aylarında işə salınacaq Azerspace telekommunikasiya peykinin resurslarından istifadə edəcək.