İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yeni medianın tədris modulları Elmi Şurada təsdiq edilib

30.05.2012 [10:17]

Fontu böyüt:      

Ölkə universitetlərinin jurnalistika fakültələrində tədrisi nəzərə tutulan dörd yeni media fənninin proqramlarının hazırlandığı bildirib. Modulların Kafedraların Metodiki Şurasında müzakirə edildyi diqqətə çatdırılıb.
Multimedia Mərkəzi bildirir ki, Mərkəzin  hazırladığı  Yeni medianın tədris modulları BDU –nun Jurnalistika Fakültəsinin Elmi Şurasında müzakirə edilib.

Elmi Şuranın sədri, fakültənin dekanı, professor Şamil Vəliyev Yeni medianın tədris modulları haqqında məlumat verib. Ölkə universitetlərinin jurnalistika fakültələrində tədrisi nəzərə tutulan dörd yeni media fənninin proqramlarının hazırlandığını bildirib.  Modulların  Kafedraların Metodiki Şurasında müzakirə edildyi diqqətə çatdırılıb.
O,  ölkədə formalaşmaqda olan yeni media bazarının tələblərinə uyğun kadrların hazırlanması üçün bu fənlərə ciddi ehtiyac olduğunu qeyd edib.

 Jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyev  Yeni mediaya giriş fənninin fundamental fənn olaraq,  Onlayn Jurnalistika , Multimedia Jurnalistika və Sosial media fənlərinin isə seçmə fənn olaraq  qəbul edilməsinin məqsədəuyğun olacağını bildirib. O, fənlərin tədris planlarındakı yeri haqqında da fikirlərini bildirib. Yeni mediaya giriş fənninin 2-ci kursda , digər  seçmə fənlərin isə növbəti kurslarda tədrisinin nəzərdə tutulduğunu qeyd edib.

Universitetdə İnternet jurnalistika fənnini tədris edən, Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxış edərək yeni medianın tədris modullarının hazırlanmasında beynəlxalq təcrübənin və  ölkədə mövcud olan media bazarında kadrlarla bağlı tələb-təklif münasibətlərinin nəzərə alındığını vurğulayıb.

Müzakirənin sonunda Elmi Şuranın sərdi Şamil Vəliyev proqramlarla bağlı sualları  cavablandırıb.Yeni tədris modullarının çap olunması qərara alınıb.

Multimedia Mərkəzi bir daha bildirir ki, bundan öncə də jurnalistika təhsili verən universitetlərin və  ekspertlərin  iştirakı ilə adı çəkilən tədris modullarının geniş  müzakirəsi keçirilib.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar