Fontu böyüt:
Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi (NMR) elektron sənəd dövriyyəsi sisteminin tətbiqi üzrə işlər aparır. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin müşaviri Tahir Mirkişili məlumat verib.
Onun sözlərinə görə, işlər ilin sonunadək başa çatacaq.
Layihə bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyində tətbiq edilən sistemin analoqudur.
Elektron qarşılıqlı əlaqənin tətbiqi üçün İqtisadi İnkişaf Nazirliyi (NMR) Azərbaycanın simsiz rabitə operatoru \\Azerfon\\ MMC-nin üçüncü nəsil şəbəkəsini ( 3G) cəlb edib.
Mirkişilinin sözlərinə görə, mobil şəbəkənin olması respublikanın istənilən yerində elektron dövlət xidmətlərindən istifadə etməyə imkan verəcək.