İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Facebook” təsisçisinin fantastik gəliri

24.10.2013 [23:11]

Fontu böyüt:      

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqin 2012-ci ilin yekunları üzrə ümumi qazancı 2,27 milyard dollara yaxın olub. Bu barədə “GMI Ratings” konsaltinq şirkəti tərəfindən hər il tərtib olunan ABŞ-ın ən yüksək əməkhaqqı alan top-menecerlərinin reytinqində bildirilir.

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqin 2012-ci ilin yekunları üzrə ümumi qazancı 2,27 milyard dollara yaxın olub. Bu barədə “GMI Ratings” konsaltinq şirkətinin hər il tərtib etdiyi ABŞ-ın ən yüksək əməkhaqqı alan top-menecerlərinin reytinqində bildirilir.

M.Zukerberq əməkhaqqının məbləğinə görə ikinci yeri tutan “Kinder Morgan” şirkətinin (neft-qaz kəmərləri operatoru) icraçı direktoru Riçard Kinderi geridə qoyub. Ötən il R.Kinder 1,1 milyard dollardan çox gəlir əldə edib. Liderlər üçlüyündə “Sirius XM Radio” şirkətinin rəhbəri Mel Karmazin də yer alıb. O, il ərzində əldə olunan əməkhaqqının məbləğinə (təxminən 255 milyon dollar) görə M.Zukerberq və R.Kinderdən xeyli geri qalıb.

“Apple” şirkətinin rəhbəri Tim Kuk illik 144 milyon dollarlıq əməkhaqqı ilə reytinqdə yalnız beşinci yeri tuta bilib. “GMI Ratings” nümayəndələrinin qeyd etdiyinə görə, ötən il ABŞ-ın nəhəng korporasiyalarının top-menecerləri rekorda imza atıblar. Yüksək əməkhaqqı alan 10 idarəedici hər biri ilk dəfə olaraq 100 milyondan, ikisi isə 1 milyarddan çox vəsait əldə edib.

Qeyd edək ki, “Forbes” jurnalı  M.Zukerberqin ümumi var-dövlətini 19 milyard dollar dəyərində qiymətləndirilib. Dünyanın 400 ən varlı adamı reytinqində “Facebook” təsisçisi 20-ci yeri tutur.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar