Fontu böyüt:
“Microsoft”un səhmlərinin qiyməti də yüksəlib.
Dünyanın ən iri proqram təminatı istehsalçısı olan “Microsoft” korporasiyasının sentyabrın 30-da bitmiş 2010-2011 maliyyə ilinin birinci rübündə təmiz mənfəəti 51 faiz artıb.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əgər ötən ilin analoji dövründə 3,6 milyard dollar mənfəət əldə edilibsə, indi təmiz mənfəət 5,4 milyard dollara çatıb. Bir adi səhm üzrə hesabda korporasiyanın təmiz mənfəəti 0,62 dollar olub.
“Microsoft”un mədaxili isə ötən maliyyə ilin həmin rübündə əldə olunmuş 12,9 milyard dollarlıq göstərici ilə müqayisədə 25 faiz yüksələrək 16,2 milyard dollar təşkil edib.