Fontu böyüt:
Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebookun istifadəçiləri durmadan artır.
Keçdiyimiz aylarda 300 milyon istifadəçiyə çatan Facebook rəhbərliyi "Növbəti hədəfimiz 500 milyon istifadəçidir" demişdi. Bugünlərdə sosial şəbəkə bu hədəfinə də çatıb.
Artıq Facebookun 500 milyon istifadəçisi var. Rəhbərliyin yeni hədəfinin 1 milyard olub-olmayacağı isə maraqla gözlənilir.
Xatırladaq ki, Facebook sosial şəbəkəsi 2004-cü ildə yaradılıb. Hazırda Azərbaycanda 200.000-ə yaxın Facebook istifadəçisi var.
Hacıbəy Heydərli