Fontu böyüt:
Gəncədə 54 saylı ATS yenidən qurulub, müasir elektron sisteminə keçirilib.
1024 nömrə tutumlu yeni stansiya üstünlükləri ilə fərqlənir. Gəncə telekommunikasiya idarəsinin rəisi Əli Hüseynovun verdiyi məlumata görə, abonentlər yeni ATS vasitəsilə 40-dək xidmətdən istifadə edə biləcəklər. Nömrələrin görünməsi, zəngin başqa telefona ötürülməsi və sair yeniliklər sakinlərin xidmətinə verilib.
İdarənin rəisi onu da əlavə edib ki, bütün şəbəkə işə düşdükdən sonra şəhərdəki bütün telefon nömrələri 7 rəqəmli olacaq.
Mənbə : AzərTAc