"Secunia" antivirus şirkətinin ekspertlərinin araşdırmasına əsasən, "Windows" əməliyyat sistemində təhlükəsizlik səviyyəsinin aşağı olmasına görə onun tənqid hədəfi olmasına baxmayaraq, əksər boşluqlar heç də "Microsoft"un məhsulları ilə bağlı deyil.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, 2012-ci ildə populyar proqram təminatında aşkar edilmiş boşluqların 86%-i "Windows" platforması üçün kənar tərtibatçılar tərəfindən yaradılmış proqramlarda tapılıb.
Boşluqların 14%-i isə "Microsoft"un əməliyyat sistemi və proqram təminatında olub. "Windows" əməliyyat sistemində işləyən 50 ən populyar proqram təminatında 1137 boşluq aşkar edilib ki, bu da beş il əvvəl ilə müqayisədə 98% çoxdur. "Chrome" və "Firefox" brauzerləri ən təhlükəsiz məhsullar adlandırılıb.