Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçirilib.
Konfrans Mətbuat Şurası və Multimedia Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçirilib.
Konfrans Mətbuat Şurası və Multimedia Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Konfransı Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq onun əsas məramı haqqında məlumat verib. Ə. Amaşov həmçinin son dövrlərdə ölkədə İnternet medianın, sosial medianın inkişaf məsələlərə toxunub. O, ölkədə İnternet medianın indiki inkişaf dinamikasının xeyli yüksək olduğunu vurğulayıb.
Açılış mərasimində Prezident Administrasiyası İctimai - siyasi şöbənin sektor müdiri Vüqar Əliyev çıxış edərək ölkədə Yeni meydanın inkişafı və İnternet medianın tənzimlənmə məsələlinə toxub. V. Əliyev bir sıra məqamlarda İnternet mediada tənzimlənmənin vacib olduğunu bildirib. O, bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyədə bu istiqamətdə son dövrlərdə atılan addımlardan da söz açıb.
RYTN-nin şöbə müdiri İsfəndiyar Əliyev açılış mərasimində çıxış edərək ölkədə İnternetin inkişaf tendensiyasından və bu istiqamətdə nəzərdə tutulan tədbirdən danışıb. İ. Əliyev ölkədə İnternet medianın inkişafı istiqamətində də Nazirlik tərəfindən müəyyən tədbirlərin və Proqramların həyata keçirildiyini diqqətə çatdırıb.
Azərbaycan İnternet Forumunun prezidenti və Multimedia Mərkəzinin direktoru Osman Gündüz açılış mərasimindəki çıxışında Konfransın gündəliyinə daxil edilən məsələlərin aktual olmasından, ölkədə İnternet medianın inkişaf vəziyyətindən, İnternet mediaya dövlət dəstəyinin vacibliyindən, onun prinsiplərinin hazırlanmasından, Azərbaycan İnternetinin inkişafı ilə bağlı ölkədə İnternet medianın gələcək inkişaf perspektivlərindən danışıb.
Konfrans iki paneldə, İnternet medianın inkişaf tendensiyası və perspektivlər” və “Sosial mediadan informasiya əldə edilməsi və informasiyaların yayılmasında effektiv istifadə imkanları” mövzuları üzrə müzakirələrlə davam etdirilib.
Osman Gündüzün moderatorluğu ilə aparılan 1-ci Paneldə mövzu ətrafında Mətbuat Şurasının Komissiya sədri Elnur Baimov, ekspert Ələsgər Məmmədli, MediaForum-un redaktoru İsmayıl İsmayılov, LENT.AZ xəbər Portalının Baş redaktoru Qabil Abbasoğlu, AzVision.az xəbər resursunun rəhbəri Vüsal Məmmədov, RYTN-nin şöbə müdiri İsfəndiyar Əliyev, Mətbuat Şurasının üzvü Yadigar Məmmədli, GASFEN rəhbəri Azər Həsrət, MİA rəhbəri Zaur Əhməd, Azərbaycan Universitetində Yeni medianı tədris edən Lalə Dilanova və digərləri çıxış ediblər.
APA Holdinqin rəhbəri Vüsalə Mahirqızının moderatorluğu ilə keçirilən 2-ci Paneldə Gənclərin Səsi Radiosunun rəhbəri Azər Nəzərov, Nettrends –Onlayn Monitorinq sisteminin qurucusu Elşad Yusifli, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov və GASFEN rəhbəri Azər Həsrət , Bakı Elektrik Şəbəkə-nin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Tanrıverdi Mustafayev, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Cəsarət Valehov, RYTN-nin mətbuat xidmətinin nümayəndəsi Seymur Qasımbəyli, Müəllif Hüquqları Agentliyini n nümayəndəsi Elnur Məmmədli və digərləri çıxış ediblər
Çıxış edənlər qaldırılan məsələlərin kifayət qədər aktual olduğunu, İnternet media sektorunda ciddi inkişaf getməsi ilə yanaşı həlli vacib olan müxtəlif problemlərin olması və onların aradan qaldırılmasının vacibliyini, ictimai informasiyaların dövlət qurumlarının sosial media vasitələri ilə açıqlanmasının vacibliyini, sosial media sahəsində bəzi məqamlarda ciddi tənzimləməyə ehtiyac olduğunu lakin sosial medianın inkişafına mane olacaq addımlardan çəkinməyin önəmli olmasını , “copy-paste” probleminə və digər müəllif hüquqları ilə bağlı məsələlərə xüsusi diqqət yetirməyin zəruriliyini diqqətə çatdırıblar. Bu cür müzakirələrin maraqlı tərəflərin iştirakı ilə davam etdirilməsinin də faydalı olacağı bildirilib.
Konfransda dövlət qurumalının İctimaiyyətlə əlaqələr və mətbuat xidmətlərinin rəhbərləri, İnternet media qurumlarının rəhbərləri, Ali təhsil müəssisələrinin və İnternet biznes sahəsinin nümayəndələri, Yeni media mütəxəssisləri və ekspertlər iştirak edib
Konfransdan hazırlanan fotolar :
https://www.facebook.com/media/set/?set=a.394943460645203.1073741850.159001754239376&type=1