İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda ilk özəl televiziya kanalı olan ANS-in 18 yaşı tamam olur

26.11.2009 [12:04]

Fontu böyüt:      


Bu gün ANS telekanalının ad günüdür. ANS (Azerbaijan News Service) ölkənin ilk özəl televiziya kanalıdır. Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olub. Azərbaycanın vətənpərvər gənclərinin Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarını və Xocalı soyqırımını lentə alıb tarixin yaddaşına salan jurnalsitlər də məhz bu şirkətdə çalışıblar və çalışırlar.

ANS 1990-cu ildə 3 nəfər gənc Azərbaycanlı jurnalist, Vahid və Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən Azərbaycanda fəaliyyət göstərən ilk müstəqil televiziya şirkəti kimi yaradılıb. Onlar Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verənlər idi. ANS-in müxbirləri Çeçenistandan, Gürcüstandan, Osetiyadan, Qarabağdan, Abxaziyadan, Bosniyadan, Əfqanıstandan, İnquşetiyadan və s. münaqişə zonalarından reportajlar hazırlayır və BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını xəbərlə təmin edirdi.

1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ildə ANS televiziyası ilə AZTV arasında qalmaqal baş verdi. ANS-in işçiləri dövlət televiziyasının ərazisindən çıxarıldı, ANS televiziyasının və radiosunun yayımı dayandırıldı. Yalnız 18 saatdan sonra Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin və onun oğlu (İndiki prezident) İlham Əliyevin işə qarışmasından sonra ANS-in efiri bərpa edildi.

ANS-DX (Data Xchange) - İnternet xidmətinin əməkdaşları 1996 -cı ildə internet səhifəsini hazırladılar. 2000-ci ilin sentyabrın 12-də, saat 23:45-dən etibarən Azərbaycan televiziyası tarixində, ilk dəfə, dünyanın nüfuzlu futbol turnirlərindən hesab olunan Çempionlar Liqasının oyunları ANS kanalını izləyə bilən tamaşaçılara yayımlandı. Yayım, UEFA-nın razılığılə, Avropada futbol oyunlarının Yayımlanması Şirkətilə ANS kanalı arasında bağlanan müqaviləyə əsasən həyata keçirilirdi.

2006-cı il noyabrın 24-də Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası ANS Müstəqil Yayım və Media Şirkətinin həmçinin ANS ÇM Yayım və Media Şirkətinin yayımının dayandırılması barədə qərar çıxardı. ANS televiziyası və radiosu 17 gün yayımda olmadı. Dekabrın 10-da Milli Televiziya və Radio Şurası bəyan etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətləri, həmçinin ANS Telekanalının çoxsaylı kollektivinin müraciətini nəzərə alaraq ANS-in yenidən efirə qayıtması barədə qərar çıxarıb. //ANS Press


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar