İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

3G savaşı – günahkar kimdir?

10.12.2009 [22:55]

Fontu böyüt:      

Bu bazarda kimsə iqtisadi maraqlar güdür. Kiminsə lisenziya alan şirktədə maraqları var. Çünki 3G-ni tətbiq edən şirkət bazarda daha üstün rəqabət mühiti əldə edəcək. Ona görə də, burada iqtisadi maraqlar çoxdur

Rabitə Nazirliyi : «Azercell» indiyədək, Dövlət Tezlikləri Komissiyasından tezlik almayıb

«Azercell»: «Tezliyin alınması üçün nazirlik tərəfindən sertifikat verilməlidir

Osman Gündüz: «Azercell»in bu bəyanatının səsi  çıxacaq»

Azərbaycanda mobil telefon həvəskarları neçə illərdir ki, 3G (üçüncü nəsil mobil rabitə) texnologiyası üzrə mobil rabitə xidmətlərinin tətbiqi ediləcəyini gözləyir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həvəskarların intizarına nəhayət ki son qoydu. Ötən ay ölkənin üçüncü Mobil rabitə operatoru olan «Azerfon»a 3G texnologiyasının tətbiqi ilə bağlı lisenziya təqdim edildi.
Sözügedən lisenziyanın alınması üçün iki il öncə nazirliyə müraciət etsə də, indiyədək icazə ala bilməyən «Azercell» şirkəti isə qurumu ayrıseçkilik salmaqla ittiham edir. Şirkətin yaydığı məlumata görə, «Azercell» 3G texnologiyasının təqdimatına artıq iki ildən çoxdur ki, hazırdır. Şirkətin məlumatında qeyd olunur ki, BakuTel-2008 sərgisində 3G, 2009-cu ildə isə 4G mobil texnologiyası sınaqdan keçirilib. Şirkət nazirlik tərəfindən bütün mobil operatorlara bərabər şəraitin yaradılmamasından şikayət edir.

Müşfiq Əmirov: «Nə vaxt bütün sənədlər qaydasında olar, o zaman nazirlik lisenziya verməyə hazırdır»

İttihamlara cavab verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «Bizim Yol»a açıqlamasında şirkəti günahlandırdı. Onun sözlərinə görə, «Azercell» lisenziya almaq üçün lazım olan sənədləri tam olaraq təqdim etməyib: «Lisenziyanın alınması üçün şərtlər var. Şirkət bəyan edir ki, texniki imkanlar baxımdan tam hazırdı. Amma texniki imkanlar tələb olunan şərtin biridir. «Azercell» indiyədək, Dövlət Tezlikləri Komissiyasından tezlik almayıb. Buna Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi baxmır. Nazirlik şərtlərdə tələb olunan sənədlərə baxaraq, lisenziya verir. «Azercell» şirkətinin isə şərtlərdə tələb olunan bir neçə  sənədləri qaydasında deyil. Onlardan biri, dediyim kimi, tezliyin alınmasıdır. Nə vaxt bütün sənədlər qaydasında olar, o zaman da nazirlik lisenziya verməyə hazırdır».

«Azercell»: «Lisenziyanın alınması üçün tələb olunan sənədləri necə təqdim edək ki, bunun üçün sertifikatı bizə vermirlər»

«Azercell» şirkətinin korporativ ünsiyyət şöbəsinin rəhbəri  Ülviyyə Həsənzadə isə «Bizim Yol»a bildirdi ki, tezliyin alınması üçün nazirlik tərəfindən sertifikat verilməlidir: «Nazirlik bizə sertifikat verməlidir ki, şirkət sənədləri tam olaraq təqdim edə bilsin. 3G lisenziyasının almaqdan ötrü müvafiq uyğunluq sertifikatı əldə etmək üçün bir neçə dəfə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etsək də, cavab gəlməyib. Artıq bunun üzərindən 2 il keçib. İndi lisenziyanın alınması üçün tələb olunan sənədləri necə təqdim edək ki, bunun üçün sertifikatı bizə vermirlər».

Ekspert: «Rabitə Nazirliyinin 3G ilə bağlı apardığı siyasətin bir adı var, o da biabırçılıq»

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə «Azercell» arasında yaranan gərginliyə münasibət isə fərqlidir. Bəzi ekspertlər bunu siyasi, bir qismi isə kommersiya amilləri ilə bağlayır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, burada iqtisadi səbəblər siyasi səbəblərdən daha çoxdur. O.Gündüzün fikrincə, nazirliyin «Azercell»ə qarşı münasibəti qeyri-sağlamdır: «Rabitə Nazirliyinin 3G ilə bağlı apardığı siyasətin bir adı var, o da biabırçılıq. Misli görünməmiş hal ondan ibarətdir ki, nazirlik heç bir auksion, tender keçirmədən dövlətin lisenziyasını bir şirkətə verib. Halbuki, bunu almaq üçün 2-3 il bundan öncə müraciət edənlər kənarda qalıb.  Başa düşmək olmur ki, nə baş verir.  Bu dərəcə haqsızlıq, məsuliyyətsizlik olmaz. «Azercell» Azərbaycana 1 milyard dollar investisiya yatırıb.

Bu bazarda kimsə iqtisadi maraqlar güdür. Kiminsə lisenziya alan şirktədə maraqları var. Çünki 3G-ni tətbiq edən şirkət bazarda daha üstün rəqabət mühiti əldə edəcək. Ona görə də, burada iqtisadi maraqlar çoxdur».

Ekspert lisenziyanın birbaşa «Azerfon»a verilməsi zamanı qanunvericilik prosedurlarının pozulduğunu qeyd etdi: «Qanunvericiliyə görə burada tender, müsabiqə olmalı idi. Çünki bazarda üç iddiaçı var idi. Əslində, Rabitə Nazirliyi «Azerfon»a lisenziyanı hədiyyə edib. Özü də lizensiya çox ucuz satıldı».
Ekspert «Azercell»in son bəyanatının beynəlxalq aləmdə ciddi rizonans doğuracağını düşünür: «Azercell»in bu bəyanatının səsi çıxacaq. Çünki beynəlxalq əhəmiyyətli, dünyada dayağı olan bir şirkətdir. Şirkətin Avropadakı dayaqlarından biri olan Telyo Sonera prezident İlham Əliyevlə də görüşüb. O, Bakıya gəlib gedəndən sonra şirkətə qarşı münasibət dəyişmişdi. Ondan sonra prezidentin qərarı ilə 3G-nin listenziyasının qiyməti bəlli oldu. Azərbaycanda bu texnologiyanın tətbiqi üçün lisenziyanın dəyəri 11 min dollardır. Bu, çox ucuzdur və bu qiyməti necə müəyyənləşdirdikləri mənim üçün maraqlıdır. Başqa ölkələrdə həmin lisenziyaların qiyməti bizdəkindin 100-200 dəfə bahadır».   // Vəfa Rüstəmova Bizim Yol


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar