Fontu böyüt:
Google-nin blog xidməti Blogger-də öz xüsusi adlarına sahib olan istifadəçilər bir müddətdir ki,ziyarətçi trafiklərini itirmişdilər.
Bunun səbəbi isə Google Blogger serverlərindəki mövcud olan boşluq idi. Problem öz blogunu açarkən istifadəçinin adı yerinə xxx.BlogSpot.com ünvanınının gəlməsi idi. İstifadəçilər öz adlarını yazarkən səhv mesajla qarşılaşırdılar.
Google bu yalnışlığı aradan qaldırmaq üçün bütün gücünü səfərbər etdi. Sən demə problemin yaranma səbəbi ziyarətçinin istifadə etdiyi brauzerdən asılı imiş. Google rəsmiləri yaranmış vəziyyətlə bağlı istifadəçilərə xəbərdarlıq olunduğunu bildirərək problemin aradan qalxmasına ümid bəslədiklərini dilə gətiriblər.