İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İNTERNETİN SONU GƏLDİ?

04.08.2010 [14:21]

Fontu böyüt:      

İnternet sayt və istifadəçi sayının sürətlə artması üzündən, təsis edilən IP ünvanları tükənmək üzrədir. XEBERLER.AZ-IN FaktXeber.com-a istinadən verdiyi məlumata görə, internet istifadəçilərinə təyin edilən IP ünvanları tükənir. Hər bir kompüteri, internet saytını, ya da internetə bağlı cihazı təyin etmək üçün istifadə edilən 4 milyard ədəd 32 xanalı IPv4 ünvanından yalnəz 232 milyon boş ünvan qalıb.

İnternet sayt və istifadəçi sayının sürətlə artması üzündən, təsis edilən IP ünvanları tükənmək üzrədir.

XEBERLER.AZ-IN FaktXeber.com-a istinadən verdiyi məlumata görə, internet istifadəçilərinə təyin edilən IP ünvanları tükənir. Hər bir kompüteri, internet saytını, ya da internetə bağlı cihazı təyin etmək üçün istifadə edilən 4 milyard ədəd 32 xanalı IPv4 ünvanından yalnəz 232 milyon boş ünvan qalıb.

IP ünvanı çətinliyinin cib kompüterləri və internetə bağlana bilən telefonlar üzündən baş verdiyi, bu gedişlə qalan IP ünvanlarının təxminən 340 gün ərzində tükənəcəyi bildirilir.

Avstraliyalı internet şirkəti Internode mütəxəssislərinin hesabatına görə, 30 il əvvəl IPv4 protokolu inkişaf etdirilərkən, təmin ediləcək IP ünvanı sayının kafi olacağı düşünülmüş, mobil internetin sürətli inkişafı nəzərdə tutulmamışdı. Çünki o zamanlar hələ cib telefonları belə icad edilməmişdi.

Bu gün daşına bilən kompüterlərdən soyuduculara, hətta kondisionerlərə qədər bir çox elektrik cihazları IP ünvanı alıb internetə bağlana bilir.

Xidmət göstərən şirkətlər və rəsmi qurumlar, 1 ildən az müddət içində tükənəcək IPv4 protokolu ünvanlarına əlavə olaraq, 128 xanalı IPv6 protokolu üzərində işləyirlər. Bu sistem, dünya üzərindəki hər bir adamı bir neçə milyard IP ünvanla təmin edəcək qədər əhatəlidir. Ancaq internet sənayesinin böyük oyunçuları, yüksək sərmayə xərcləri üzündən bu sistemin inkişaf etdirilməsinə çox da maraq göstərmirlər.

IPv6-a keçilsə, internetə bağlanan hər cihazın yenidən modernizasiya və proqramlaşdırılması lazım gələcək, hətta bəzi istifadəçilər yeni cihazlar almaq məcburiyyətində qalcaq.

Bu dövr ərzində internet xidməti göstərənlər, birdən çox istifadəçini eyni IP-ni paylaşmaq məcburiyyətində qoyacaq və bu vəziyyət IP paylaşan istifadəçilərin, Gmail və iTunes kimi tək IP-ə söykənən bəzi proqramların işləməsini əngəlləyəcək.

Bundan əlavə, IP ünvanlarının qarq bazara çıxacağına dair fikir yürüdənlər də var.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar