İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Avropol məxfi informasiyanın göndərilməsi üçün ictimai “Wi-Fi” şəbəkəsindən istifadəni tövsiyə etmir

12.03.2014 [10:39]

Fontu böyüt:      

İnsanlar üçün kafe, mağaza və digər ictimai yerlərdə açıq “Wi-Fi” şəbəkələri tez-tez istifadəçilərin məlumatlarını, parol və pullarını oğurlayan cinayətkarların fəaliyyət meydançasına çevrilir. Bu barədə Avropa İttifaqının Avropol Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) rəhbəri Trols Ortinq bildirib. Məxfi informasiya ilə yalnız şəxsi “Wi-Fi” çıxış nöqtəsinə qoşulmuş ev kompüterində işləmək tövsiyə olunur.

Açıq “Wi-Fi” şəbəkələrində hücumlar adətən “vasitəçi” (man in the middle) üsulu ilə həyata keçirilir. Belə ki, hakerlər kompüterləri onların nəzarəti altında olan “Wi-Fi” nöqtələrinə qoşulmağa məcbur edərək sonradan ötürülən informasiyanı ələ keçirirlər. Ötən ilin payızında buna oxşar hücum Avropa Parlamentinin ərazisində həyata keçirilib. Bundan bir qədər sonra Avropa Parlamentində “Wi-Fi” şəbəkəsinə ümumi çıxış ləğv edilib.  
Mütəxəssislər qeyd edirlər ki, “man in the middle” üsulu ilə hücum prinsipi hamıya yaxşı məlum olsa da, ictimaiyyətin diqqətini yaxın vaxtlarda cəlb etməyə başlayıb. T.Ortinqin fikrincə, istifadəçilər internetdə təhlükəsiz işləmə qaydalarına yiyələnməlidirlər.
Qeyd edək ki, Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alınmasından ibarətdir. Hazırda təşkilatın fəaliyyəti internetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar onlayn mütəşəkkil fırıldaqçılıq, uşaq pornoqrafiyasının yayılması və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumların qarşısının alınması ilə mübarizədir, - "Computerworld www.osp.ru” yazır.   (ICTnews)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar