2012-ci ildə 118,9 milyon planşet kompyuter satılacaq. Əgər proqnoz düz olsa, bu göstərici 2011-ci ildə satılmış planşetlərin (60 milyon) sayını 98% ötəcək. Mütəxəssislər 2016-cı ildə isə 369 milyon planşet satılacağını proqnozlaşdırıblar.

RİTN-nin informasiya resusrslarından əldə edilən məlumata əsasən, bu barədə “Gartner” analitik şirkətinin proqnoz verir.
Proqnoza əsasən, “Apple” şirkətinin “iOS” platforması planşetlərdə quraşdırılmış əməliyyat sistemləri (ƏS) bazarında liderliyini qoruyub saxlayacaq və 2012-ci ildə onun payı 61,4% təşkil edəcək.
“İOS” platformasının ən yaxın izləyicisi “Android” ƏS-i olacaq.
“Google” platforması onun potensialını həqiqətən göstərə bilən əlavələrin məhdudluğu səbəbindən planşet bazarında ləng inkişaf edir. Bununla belə “Gartner” analitik şirkəti qeyd edib ki, “Android“ platforması 2016-cı ilədək bazarın 37%-nə sahiblənərək “iOS” platformasına daha da yaxınlaşacaq.
“Windows 8” əməliyyat sistemindən gözlənilənlərə baxmayaraq, 2012-ci ildə onun payı təxminən 4% təşkil edəcək, hərçənd 2016-cı ilədək 12%-ə qədər artacaq.
Qeyd edək ki, “Windows 8” əməliyyat sisteminin populyarlığının az olması bu platformanın biznes-istifadəçilər üçün nəzərdə tutulmasıdır.
Xeberler.az