Fontu böyüt:
ADANET şirkəti GoldenPay sisteminin köməkliyi ilə istifadəçilərinə internet vasitəsilə onlayn ödəmə xidmətini təqdim edib. Xidmətdən istifadə etmək üçün istifadəçilər şirkətin saytına daxil olaraq orada onlayn-ödəmə bölməsini seçməklə ödəmələrini həyata keçirə bilərlər.Ödəmə Visa/Visa Elektron və MasterCard/Maestro plastik kartlarının köməyi ilə həyata keçiriləcək.
Xatırladaq ki, “GoldenPay” sisteminin 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti (www.silverkey.az) tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdimatı olunmuşdur. Bu sistem fəaliyyət göstərmək üçün “Visa” və “MasterCard” beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir. GoldenPay “Verified by Visa” və “Mastercard SecureCode” lisenziyalarının sahibidir. Təhlükəsizliyin yüksək səviyyədə olması üçün GoldenPay sistemi “VeriSign SSL” şifrələnməsindən istifadə edir.