İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

"Kibernetika və informatika problemləri" adlı beynəlxalq konfrans keçiriləcək

05.05.2010 [02:52]

Fontu böyüt:      

Milli Elmlər Akademiyasının yaydığı məlumata görə 2010-cu il 6-8 sentyabr tarixlərində Bakıda "Kibernetika və informatika problemləri" (PCI'2010) III Beynəlxalq konfrans keçiriləcəkdir.

Milli Elmlər Akademiyasının yaydığı məlumata görə 2010-cu il 6-8
sentyabr tarixlərində Bakıda  "Kibernetika və informatika problemləri"
(PCI'2010) III Beynəlxalq konfrans keçiriləcəkdir. Konfrans Süh və
İnkişafa naminə Elm gününə həsr olunur.


Konfransın təşkilatçıları Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər
Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Abdus Salam”
Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA Kibernetika İnstitutu, AMEA
İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət Universiteti,
Azərbaycan Dövlət Neft Akademiyası, Milli Aviasiya Akademiyası,
Azərbaycan Texniki Universitetidir. Konfransda ABŞ, Rusiya, Almaniya,
İtaliya və digər ölkələrdən aparıcı alimlərin iştirakı nəzərdə
tutulur.

Proqram komitəsinin həmsədrləri Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları naziri Əli Abbasov,  Azərbaycan Milli
Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Azərbaycan
Respublikası Təhsil naziri Misir Mərdanov, "Abdus Salam" Nəzəri Fizika
Beynəlxalq Mərkəzinin direktoru (İtaliya) Fernando Quevedodur.
Komitənin üzvləri isə Azərbaycan, Belarus, ABŞ, Qazaxstan, Latviya,
Yeni Zelandiya, Rusiya, Sinqapur, Koreya, Ukrayna, İtaliya, İsveçrə,
Türkiyə və Portuqaliyadan olan mütəxəssislərdir.

Konfransın mövzuları isə informasiya və kommunikasiya texnologiyaları,
intellektual texnologiyalar və sistemlər, modelləşdirmə və
identifikasiya, tətbiqi stoxastik analiz, idarəetmə və
optimallaşdırma, sosial-iqtisadi sistemlərdə qərarların qəbul edilməsi
və ədədi üsullar və hesablama texnologiyaları olacaq.

İşçi dillər İngilis, Azərbaycan və Rus dilləridir.

Konfransda iştirak etmək istəyənlər öz məruzələrini konfransın rəsmi
saytında (www.pci2010.science.az) qeydiyyatdan keçməklə yerləşdirə
bilərlər. Məruzələrin yerləşdirilməsi üçün son gün 30 apreldir və
məruzələr əvvəllər heç yerdə çap olunmamış və konfransın mövzularına
uyğun olmalıdır. Qəbul olunmuş müəlliflər 31 may tarixində
məlumatlandırılacaqlar və onların məruzələri konfransın “Əsərlər” adlı
kitabına pulsuz daxil ediləcək və www.pci2010.science.az saytında
yerləşdiriləcəkdir. Konfransın proqramı 15 iyun tarixində saytda
yerləşdiriləcəkdir.

www.pci2010.science.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar