21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
““Azadlıq” və “Yeni Müsavat” qəzetləri partiya orqanı olmadıqları halda AXCP-nin və Müsavat Partiyasının nümayəndələrinin təbliği ilə məşğul olurlar”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun iclasında deyib. M. Pənahov bəzi mətbuat orqanlarında gedən yazılarla bağlı araşdırma aparılmasının vacibliyini vurğulayıb: “Bu qəzetlərin redaksiyasına zəng olunmalı və xəbərdarlıq edilməlidir”.
MSK sədri bildirib ki, bununla bağlı MSK-nın Mətbuat Qrupu lazımi işləri görməli və həmin qəzetlərə xəbərdarlıq edilməlidir: “Həmin kütləvi informasiya vasitələri qanun çərçivəsində cəzalandırıla bilərlər. Təəssüf edirəm ki, bu qəzetlərin səhifəsində qanuna zidd yazılar gedir. Bizdə həmin yazılar toplanıb”. İclasda bu məsələ ilə bağlı zəruri addımların atılması MSK-nın Mətbuat Qrupuna tapşırılıb.