İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan Prezidentinin rəsmi YouTube videokanalı fəaliyyətə başlayıb

28.09.2010 [21:28]

Fontu böyüt:      

Sürətli qlobal texnoloji inkişafı və internetin artan əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin rəsmi İnternet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir.

Sürətli qlobal texnoloji inkişafı və internetin artan əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin rəsmi İnternet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir. Son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənmiş, saytın məktəblilər üçün xüsusi versiyası hazırlanmış məşhur qlobal sosial şəbəkə olan Twitter-də Prezidentin səhifəsi fəaliyyətə başlayıb. İPhone istifadəçiləri üçün saytın xüsusi platforması hazırlanıb və çox sayda digər yeni funksiyalar istifadəçilərin xidmətinə verilib.

Dinamik inkişaf edən informasiya məkanında multimedia məzmuna malik məlumatların yüksələn önəmini nəzərə alaraq, məşhur videopaylaşım saytı olan YouTube ilə əldə edilmiş razılığa əsasən, Azərbaycan Respublikası Prezidentinin rəsmi YouTube videokanalı fəaliyyətə başlayıb. MDB ölkələri arasında yalnız Rusiya və Azərbaycan prezidentlərinin rəsmi YouTube kanalı vardır.

Rəsmi YouTube kanalının adi istifadəçi kanallarından fərqi ondan ibarətdir ki, kanalın dizaynı Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinə tam inteqrə olunub, videoçarxların həcminə və uzunluğuna qoyulan məhdudiyyətlər götürülüb.
Kanalda Azərbaycan Prezidentinin nitqlərinin, görüşlərinin, qəbullarının, tədbirlərdə iştirakının, mətbuat konfranslarının, müsahibələrinin videogörüntülərinə baxmaq mümkündür.

Hazırda Prezident Administrasiyası ilə YouTube arasında müzakirələr davam etdirilir. Yaxın gələcəkdə YouTube ilə birgə yeni iri layihələrin həyata keçirilməsi gözlənilir.

Prezidentin YouTube kanalına rəsmi İnternet-səhifədən (www.president.az) və ya birbaşa aşağıdakı ünvandan daxil olmaq mümkündür: www.youtube.com/presidentaz.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar