Fontu böyüt:
Gürcüstanın Dmanisi rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş kompüter–tədris mərkəzi istifadəyə verilib.
Mərkəzin tikintisini həyata keçirən Azərbaycanın Akkord Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən APA–Economicsə verilən məlumata görə, ən müasir tələblərə cavab verən mərkəzdə Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini əks etdirən foto guşə yaradılıb.
Müasir tipli istilik sistemi ilə təchiz olunmuş mərkəzdəki 72 kompüterin hamısı İnternetə qoşulub. Burada həm azərbaycanlı, həm də gürcü uşaqlar pulsuz kompüter dərsləri keçə biləcəklər. Mərkəzdə eyni zamanda, əcnəbi dil kursları da təşkil olunacaq.