Fontu böyüt:
“İRƏLİ” İctimai Birliyi Tovuz rayonunda təşkil etdiyi kompüter kurslarına yekun vurub. SİA-nın Qərb bürosunun verdiyi məlumata əsasən, bu münasibətlə kursları başa vuran gənclərə sertifikatlar təqdim olunub. Kurslarda iştirak edən 116 nəfər gəncdən 86 nəfəri bu kursları müvəffəqiyyətlə bitirib və qrumun sertifikatına layiq görülüb.
Qeyd edək ki, İnformasiya Texnologiyaları Akademiyası lahiyəsi çərçivəsində təşkil olunan kompüter kursları Tovuzdan əvvəl Gəncə, Qazax, Ağstafa rayonlarında da təşkil edilib. Lahiyə çərçivəsində 50 min gəncin kurslarda iştirakı gözlənilir. Əsas məqsəd gənclərə, xüsusən də gənc pedaqoqlara kompüter biliklərini aşılamaq və ya artırmaqdan ibarətdir.